Prosineçkidən “Qarabağ”, “İnter” və “Qəbələ”nin oyunları üçün təlimat
27 İyul 2015 16:24 İdmanAzərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin tapşırığına uyğun olaraq, millinin məşqçiləri klublarımızın avrokuboklarda keçirəcəyi növbəti oyunları izləyəcəklər. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə,Qordan Tsipriç UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Seltik" (Şotlandiya) - "Qarabağ" oyununa, Yanko Yankoviç UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Atletik" (İspaniya) - "İnter" matçına, Elxan Abdullayev isə "Apollon" (Kipr) - "Qəbələ" qarşılaşmasına baxacaq. "Qarabağ" qeyd olunmuş oyunu iyulun 29-da, "İnter" və "Qəbələ" isə iyulun 30-da keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31