Robert Prosineçki: “Çox güclü qrupa düşmüşük”

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı fikirlərini açıqlayıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Prosineçki Azərbaycan yığmasının güclü komandalarla mübarizə aparacağını bildirib."Biz çox güclü qrupa düşmüşük.Ancaq indi fikrimizi Xorvatiya və Malta yığmaları ilə keçirəcəyimiz oyunlara yönəltmişik. Qrupumuzun favoritləri Almaniya və Çexiya milli komandalarıdır. Qrupda yaxşı çıxış etmək üçün əlimizdən gələni etməyə çalışacağıq", - deyə R. Prosineçki qeyd edib. Xatırladaq ki, püşkün nəticəsinə görə, Azərbaycan millisi Norveç, San-Marino, Çexiya, Almaniya və Şimali İrlandiya ilə mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31