Əfran İsmayılov “Qarabağ”da
24 İyul 2015 19:00 İdmanÇempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn"Qarabağ" FK transfer çalışmalarını da davam etdirir. İyulun 24-də klub daha bir transferini reallaşdırıb. "Qarabağ" Azərbaycan yığmasının üzvü Əfran İsmayılovla müqavilə imzalayıb. Ağdam klubunun yetirməsi olan 27 yaşlı yarımmüfadiəçiylə 1 illik saziş imzalanıb. Əfran artıq komandanın məşqlərinə qoşulub. Xatırladaq ki, Əfran İsmayılov yay transfer dönəmində "Qarabağ"ın sıralarına qatdığı 10-cu transferdi. Daha öncə klub Dani Kintana, Elharbi El Jadoui, Azər Salahlı, Vüqar Mustafayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Yunuszadə, Rydell Poepon, Mahir Mədətovu sıralarına qatmışdı. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31