Azərbaycanlı hakimə “Styaua”– “Partizan” oyununa təyinat verildi

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 29-da, Buxarest şəhərindəki "Nationala Arena" stadionunda keçiriləcək "Styaua" (Rumıniya) - "Partizan" (Serbiya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31