"Xəzər Lənkəran"ın sabiq futbolçusu "Kəpəz"də

Türkiyənin Ərzurum şəhərində növbəti mövsümə hazırlaşan "Kəpəz" daha bir legioer futbolçunu baxışdan keçirir. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, bir vaxtlar "Xəzər Lənkəran" və "Bakı"nın  şərəfini qoruyan brazilyalı futbolçu  Junior Osvaldo(Juninyo) "Kəpəz"də baxışdadır.  Baş məşqçi Şahin Diniyev yarımmüdafiəçinin oyununu bəyənsə, yaxın günlərdə onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, 2007-2011-ci illərdə "Xəzər Lənkəran"dan çıxış edən Juninyo  53 oyunda meydana çıxıb və  6 qol vurub. 2011/2012 mövsümüdə isə o, "Bakı"nın şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31