Azərbaycanlı futbolçu “Şalke”yə keçir
24 İyul 2015 19:35 İdmanRusiyanın "Zenit" klubunun iki gənc futbolçusu 2015/16 mövsümünü icarə qaydasında Almaniya "Şalke"sində keçirəcək. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, tərəflər arasında imzalanmış müqavilənin müddəti bir ildir. Müqavilə başa çatdıqdan sonra onlar "Zenit"ə qayıdacaqlar. Rusiya mətbuatının ehtimalına görə, "Şalke"yə göndəriləcək iki futbolçu Piter klubunun gənc hücumçuları - Maksimilian Proniçev, Aleksey Qasilin və ya əslən azərbaycanlı Ramil Şeydayev olacaq.
Qeyd edək ki, "Zenit" və "Şalke"nin baş sponsoru Rusiyanın "Qazprom" şirkətidir. Əlavə edək ki, bugünlərdə U-19 milli komandaları arasında keçirilən Avropa çempionatında R.Şeydayev gümüş medal qazanıb. O, həm də 12 qolla yarışın bombardiri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31