"Atletik" - "İnter": başlama saatı müəyyənləşdi
24 İyul 2015 12:41 İdmanAvropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Atletik" (İspaniya) - "İnter" (Azərbaycan) ilk matçının başlama saatı müəyyənləşib. Qol.Az-ın Bilbao klubunun saytına istinadən yaydığı xəbərə görə, "San Mames" stadionunda keçiriləcək qarşılaşma iyulun 30-u Bakı vaxtı ilə 23:45-də (yerli vaxtla saat 20:45-də) başlayacaq.
Qeyd edək ki, "İnter" ikinci təsnifat mərhələsində "Hafnarfyordur"u (İslandiya) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31