"Rudar"a qol vurmaq üçün çox çalışdıq" – Şehiç
23 İyul 2015 16:50 İdman"Biz belə yaxşı və xoşagəlməz rəqib gözləmirdik. "Rudar"a qol vurmaq üçün çox çalışdıq". Qol.Az-ın Monteneqro mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"a qalib gəldikləri oyun (1:0) haqda danışarkən deyib. Bosniya və hersoqovinalı qapıçı "Rudar"a yeni mövsümdə uğurlar arzulayıb: "Əsas odur ki, mərhələni adladıq. İndi "Seltik"lə oyuna hazırlaşa bilərik. "Rudar"a yeni mövsümdə uğurlar arzulayıram. Onların yenidən Monteneqro çempionu olaraq bir gün Avropa arenasında önəmli rol oynamalarını diləyirəm".
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı mübarizədən kənarlaşdıran "Qarabağ" növbəti mərhələdə "Seltik"lə (Şotlandiya) qarşılaşacaq.