Alban azarkeşlərdən “Qarabağ”a dəstək

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin dünən Monteneqroda keçirilən "Rudar" - "Qarabağ" oyununu albaniyalı azarkeşlər də izləyib. Qol.Az-ın xəbərinə görə, onlar Ağdam klubunun alban müdafiəçisi Ansi Aqollinin yaxınları olub. Həm Aqolliyə, həm də "Qarabağ"a dəstək olan albanlar matçı sona qədər izləyiblər. Oyundan sonra isə onlar Aqolli ilə şəkil çəkdiriblər. Bu şəkli İnstagram sosial şəbəkəsində paylaşan Aqolli "Harda olmağımızdan asılı olmayaraq, biz çoxuq. Hər zaman "Qarabağ" sözlərini yazıb. Xatırladaq ki, "Qarabağ" dünənki oyunda 1:0 hesabı ilə qələbə qazanaraq mərhələ adlayıb. Reynaldonun vurduğu yeganə qolun ötürməsini A.Aqolli edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31