Avropa Liqası: “İnter” və “Qəbələr” meydana çıxır
23 İyul 2015 14:48 İdmanUEFA Avropa Liqasındakı təmsilçilərimiz "İnter" və "Qəbələ" bu gün ikinci təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təmsilçilərimizin hər ikisi rəqiblərini evdə qarşılayacaqlar.
"Qəbələ" (Azərbaycan) - "Çukariçki" (Serbiya)
23 iyul. Bakı. BakcellArena. Saat 21:00
Baş hakim: Radek Prihoda
Baş hakimin köməkçiləri: İvo Nadvornik, Yakub Hrabovski
Dördüncü hakim: Pavel Orel
(Hakimlər briqadası Çexiyadandır)
UEFA nümayəndəsi: Per Svard (İsveç)
Hakim-inspektor: Andreas Şluxter (İsveçrə)
İlk oyun: 0:1
"İnter" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya)
23 iyul. Bakı. "Şəfa" stadionu. Saat 21:00
Baş hakim: Yaroslav Kozik
Baş hakimin köməkçiləri: Semyon Slonçak, İqor Alyoxin
Dördüncü hakim: Sergey Boyko
(Hakimlər briqadası Ukraynadandır)
UEFA nümayəndəsi: Arturs Qaydels (Latviya)
Hakim-inspektor: Cerard Perri (İrlandiya)
İlk oyun: 2:1