Qadın güləşçilər Polşada qüvvələrini sınayacaq
23 İyul 2015 14:43 İdmanSentyabrın 7-dən 12-dək ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında Dünya çempionatı yarışları keçiriləcək. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, dünya çempionatına hazırlaşan qadın güləşçilərimiz 24-26 iyul tarixlərində Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə "Poland Open" 19-cu beynəlxalq turnirdə iştirak edəcək.
Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Polşaya yollanan yığma komandanın heyətində 6 güləşçi yer alıb. Turnirdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) mübarizə aparacaq. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31