"Bavariya"dan Müller açıqlaması
23 İyul 2015 19:53 İdman"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqe futbolçusu Tomas Müllerin komandadan ayrılacağı iddialarına münasibət bildirib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, 25 yaşlı oyunçunun Münhen klubunda qalacağını deyib: "Müller "Bavariya"da qalacaq. Onun ayrılması okeanın üzərindən bir ördəyin uçaraq keçməsi ilə eyni ehtimaldır".
Qeyd edək ki, "Mançester Yunayted"in Müller üçün 100 milyon avro ödəməyə hazır olduğu iddia edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31