"Liverpul" növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi "Aston Villa"da oynayan Kristian Bentekeni heyətinə cəlb edib. 25 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, bu transfer üçün "Liverpul" "Aston Villa"ya 45 milyon avro təzminat ödəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31