Ronaldo "Real"ın məşqini yarımçıq tərk etdi
22 İyul 2015 19:50 İdman"Real"ın hücumçusu Kriştiano Ronaldonun yeni baş məşqçisi Rafael Beniteslə aralarında soyuq münasibət yaranıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, daha öncə tez-tez məşqi dayandırdığı üçün Beniteslə mübahisə edən Ronaldo son olaraq məşqi bitirmədən klubun bazasından ayrılıb. İspaniyalı mütəxəssisin məşq üsullarını bəyənməyən Ronaldo yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdiyini deyib. Hətta portuqaliyalı futbolçunun "Real"ın Beniteslə uğur qazanacağına inanmadığı və bu səbəbdən komandan ayrılmaq istədiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31