FHN-in idmançısı sambo üzrə çempionatda ən yüksək pilləni qazanıb
22 İyul 2015 15:39 İdmanMərdəkan Şağan İdman Olimpiya Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo idmanı üzrə Azərbaycan kuboku çempionatı keçirilib. Çempionatda 32 komanda və 500-ə yaxın idmançı iştirak edib. Yarışda Fövqəladə Hallar Nazirliyinin komandasının üzvü Elçin Heybətov 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31