"Qəbələ" daha aqressiv oynayacaq" – "Çukariçki"nin baş məşqçisi
22 İyul 2015 13:40 İdman"Qəbələ" Azərbaycan Premyer Liqasında "Qarabağ"la çempionluq uğrunda mübarizə aparacaq. İlk oyunda yaxşı nəticə qazanmışıq. Ancaq bu barədə düşünmürük. Çünki bu, cavab oyunumuza mənfi təsir göstərə bilər". Qol.Az-ın məlumatına görə, bu sözləri "Çukariçki"nin baş məşqçisi Vladan Miloyeviç Serbiya mətbuatına açıqlamasında deyib. Təcrübəli mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ"nin cavab görüşündə daha aqressiv oynayacağını bildirib: "Düşünürəm ki, "Qəbələ" cavab matçında daha aqressiv oynayacaq. Lakin biz oyun üslubumuzu dəyişməyəcəyik. Hazırda rəqibin yox, öz oyunumuz haqda düşünürük".
Qeyd edək ki, sabah Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Çukariçki" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Serbiyada keçirilən ilk görüşdə "Çukariçki" 1:0 hesabı ilə qalib gəlib.