"Anderlext"in futbolçusu rəsmən "Nyukasl"da

"Nyukasl" "Anderlext"in futbolçusu Aleksandr Mitroviçi transfer edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transferin İngiltərə təmsilçisinə 18-20 milyon avroya başa gəldiyi bildirilir. "Nyukasl"a keçidi ilə bağlı danışan Mitroviç bunları deyib: "Nyukasl"la müqavilə imzaladığım üçün çox şadam. Stadionu gəzdim. Bir çox cəlbedici stadionda oynamışam. Ancaq "Sent Ceyms Park" stadionu həqiqətən də çox böyükdür. Burada oynacağım ilk günü səbirsizliklə gözləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31