Avropa Liqası: "Elfsborq", yoxsa "Randers"?
21 İyul 2015 19:50 İdmanBu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. İsveçdə "Elfsborq" Danimarkanın "Randers" klubunu sınağa çəkəcək. Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmadığından cütün taleyinə bu axşam aydınlıq gələcək. Görüş Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsinin qalan cavab oyunları iyulun 23-də keçiriləcək. Təmsilçilərimizdən "İnter" evdə "Hafnarfyordur" (İslandiya), "Qəbələ" isə "Çukariçki"ni (Serbiya) qəbul edəcək.
21 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
20:55. "Elfsborq" (İsveç) - "Randers" (Danimarka)
İlk oyun - 0:0
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31