"İnter"dən qələbə
21 İyul 2015 19:40 İdmanBakının "İnter" klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində "Hafnarfyordur"la cavab oyunu öncəsi hazırlıqlarını "İnter Arena"da davam etdirir. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən gün "İnter" hazırlıq çərçivəsində "Neftçala" ilə yoldaşlıq matçı keçirib. Bu oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. "İnter"in heyətində İlkin Sadıqov dubla imza atıb, Yuri Fomenko isə bir dəfə fərqlənib. Xatırladaq ki, "İnter Arena"da keçiriləcək "İnter" - "Hafnarfyordur" matçı iyulun 23-ü, saat 21:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31