Premyer Liqanın 2015/2016-cı il mövsümünün püşkü atılıb
21 İyul 2015 15:46 İdmanİyulun 21-də AFFA-nın inzibati binasında Premyer Liqanın 2015/2016-cı il mövsümünün püşkatma mərasimi keçirilib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqa klublarının və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Peşəkar Futbol Liqasının preidenti Ramin Musayev çıxış edərək əvvəlcə KİV təmsilçilərini Milli Mətbuat Günü ilə bağlı təbrik edib, sonra isə çempionatın reqlamenti ilə bağlı məlumat verib. Avqustun 8-də və 9-da keçiriləcək I turun oyunları, püşkün nəticəsinə əsasən, aşağıdakı kimi müəyyənləşib:
"Qəbələ" - "Qarabağ"
"Zirə" - AZAL
"Neftçi" - "Kəpəz"
"Xəzər Lənkəran" - "İnter"
"Rəvan" - "Sumqayıt"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31