PSJ-dən rəsmi transfer

PSJ heyətinə yeni futbolçu cəlb edib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi "Tottenhem"də oynayan Benjamin Stamboulinin transferini rəsmiləşdirib. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu transfer üçün PSJ "Tottenhem"ə 8 milyon 600 min avro təzminat ödəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31