Macarıstan millisində baş məşqçi dəyişikliyi
21 İyul 2015 12:54 İdmanMacarıstan millisinin baş məşqçisi Pal Dardai istefa verib. Qol.Az-ın Macarıstan Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bundesliqa təmsilçisi "Herta"nı da çalışdıran 39 yaşlı mütəxəssis klub rəhbərliyi icazə vermədiyi üçün millidən ayrılmağa qərar verib. Artıq milli komandanın yeni baş məşqçisi müəyyənləşib. Bu, alman mütəxəssis Bernd Ştorkdur.
Qeyd edək ki, B.Ştork son olaraq Macarıstanın U-20 yığmasında çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31