"Qarabağ" Monteneqroya çatdı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində sabah səfərdə "Rudar"la qarşılaşacaq Qarabağ" Monteneqroya çatıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda  dünən 18:30-da Bakını tərk edib. Bakı-Podqoritsa reysi ilə hərəkət edən komanda 4 saatlıq uçuşdan sonra Monteneqronun paytaxtına çatıb. Podqoritsadan məskunlaşacaqları Beçiçiyaya avtobusla hərəkət edən "Qarabağ" 1 saatdan sonra otelə çatıb. Komanda yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) axşam yeməyindən sonra istirahətə çəkilib. "Qarabağ" bu gün oyunun keçiriləcəyi arenada sonuncu məşqinə çıxacaq. Məşq yerli vaxtla 20:30-da start götürəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31