FİFA-nın yeni prezidenti gələn il fevralın 26-da seçiləcək

 Rusiyanın idman naziri, FİFA İcraiyyə Komitəsinin üzvü Vitali Mutko FİFA-nın yeni prezidentin gələn il fevralın 26-da Sürixdə seçiləcəyini bildirib.APA-nın "R-Sport"a istinadən verdiyi xəbərə görə, FİFA İcraiyyə Komitəsi müvafiq qərar  iyulun 20-də keçirilmiş növbədənkənar iclasında verilib.Xatırladaq ki, Yozef Blatter mayın 29-da beşinci müddətə seçilsə də  artıq iyulun 2-də korrupsiya qalmaqalı fonunda istefa verib.  Prezident seçkilərində namizədliyi dörd konfederasiya tərəfindən dəstəklənən UEFA rəhbəri Mişel Platininin iştirak edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31