"İnter"ə qalib gəlməliyik" – "Hafnarfyordur"un baş məşqçisi

"İnter" yaxşı rəqibdir. Mərhələ keçmək üçün hər iki görüşdə yaxşı oynamalıyıq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Hafnarfyordur"un baş məşqçisi Heymir Qudyonson Avropa Liqasının II təsnifat mərhələsində bu gün qarşılaşacaqları "İnter"lə ilk oyunöncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis "İnter"in Avropa Liqasında daha öncəki oyunlarını izlədiyini bildirib: "İnter"in "Laçi" ilə oyunlarının videoyazılarını izlədim. İlk oyunla ikinci görüş arasında böyük fərq var idi. Azərbaycan klubu ikinci matçda daha yaxşı oynadı. Onların ötən mövsüm "Elfsborq"la görüşlərini də təhlil etdim. "İnter"də səfərdə üstün oynadı və 1:0 hesabı ilə qalib gəldi. Lakin İsveç təmsilçisi cavab görüşündə məğlubiyyətin əvəzini çıxdı və penaltilərdə qalib gələrək mərhələ adladı. "İnter"lə ilk oyunu öz meydanımızda keçirəcəyik. Cavab matçına rahat getməyimiz üçün bu görüşdən mütləq qalib ayrılmalıyıq".

Qeyd edək ki, "Hafnarfyordur" - "İnter" oyunu bu gecə, Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31