"Kəpəz"dən növbəti qələbə
16 İyul 2015 18:18 İdmanMəşqlərini Bakıda davam etdirən "Kəpəz" növbəti yoxlama oyunu keçirib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, komanda bu gün I divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. "Dalğa Arena"da baş tutan matçda Gəncə klubu 2:0 hesabı ilə qalib gəlib. Qolları Murad Ağakişiyev və Şəhriyar Rəhimov vurub.
Xatırladaq ki, "Kəpəz" bundan öncə Bakıda keçirdiyi 3 yoxlama oyununun hamısında qalib gəlib. Komanda "Sumqayıt"ı 1:0, AZAL-ı 2:1, U-19 yığmasını isə 4:1 hesabı ilə məğlub edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31