İki piyada avtomobilin qurbanı oldu
16 İyul 2015 17:28 İdmanDaxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəran rayonunun Qumbaşı kəndində Astara rayon sakini Elçin Musayevin və Salyan rayon sakini Razim Xuduyevin idarə etdikləri "Shacman" markalı avtomobillər toqquşub. Nəticədə E.Musayev hadisə yerində ölüb. Həmçinin Ağsu şəhəri ərazisində şəhər sakini Yusif Sultanovun idarə etdiyi "VAZ-2106" və Masallı rayon sakini Mirsəlim Salmanovun idarə etdiyi "İveco" markalı avtomobillər toqquşub. Nəticədə Y.Sultanov hadisə yerində ölüb. Hər iki faktla bağlı RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31