"Beşiktaş"ın futbolçusu 6 aylıq sıradan çıxdı
16 İyul 2015 19:55 İdman"Beşiktaş" ciddi itki ilə üzləşib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubunun futbolçusu Tolgay Arslan məşq zamanı ciddi zədə alıb. 24 yaşlı yarımmüdafiəçinin dizindən əməliyyat olunacağı bildirilib. T.Arslanın 6 ay yaşıl meydanlardan uzaq qalacağı qeyd olunub.
Xatırladaq ki, T.Arslan bu ilin yanvarında "Hamburq"dan "Beşiktaş"a transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31