"Çukariçki" - "Qəbələ" matçı canlı yayımda
16 İyul 2015 19:30 İdmanAvropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan) matçı canlı yayımlanacaq. "Qəbələ" klubundan Qol.Az-a verilən məlumata görə, saat 23:30-da başlayacaq qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, Avropa Liqasındakı digər təmsilçimiz "İnter"in bu gecə səfərdə "Hafnarfyordur"la (İslandiya) oyunu isə yayımlanmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31