Muaremdən "Qarabağ"a mesaj
15 İyul 2015 21:00 İdman"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem keçmiş komandasına Çempionlar Liqasında uğurlar arzulayıb. Qol.Az-ın məlumatına görə, makedoniyalı futbolçu bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. Yazıda deyilir: "Qarabağ"a bugünkü Çempionlar Liqası matçında uğurlar arzu edirəm. Qəlbim onlarladır. Uğurlar "Qarabağ"!".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Rudar" oyunu saat 21:30-da başlayacaq. Xatırladaq ki, 2012-2015-ci illərdə "Qarabağ"da çıxış edən Muarem keçirdiyi 99 oyunda 17 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31