Məşqçilər Komitəsinin üzvləri oyunları izləyəcəklər
15 İyul 2015 14:39 İdmanAFFA-nın Məşqçilər Komitəsinin üzvləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçilərimizin keçirəcəyi oyunları izləyəcəklər. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Şakir Qəribov "Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan) oyununu izləmək üçün Belqrada, Böyükağa Hacıyev isə "Hafnarfyordur" (İslandiya) - "İnter" (Azərbaycan) matçına baxmaq üçün Hafnarfyordura səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31