"Samir Əliyev ikinci Qurban Qurbanov ola bilər"
14 İyul 2015 19:40 İdman"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov klubun baş məşqçisi Samir Əliyevin komandadakı gələcək taleyinə münasibət bildirib. Qol.Az-ın "Azerisport.com"a istinadən verdiyi məlumata görə, Əliyevin vəzifəsində qalmalı olduğunu söyləyən Sadıqov onun ikinci Qurban Qurbanov olacağını inandığını deyib: "Samir Əliyev gənc mütəxəssisdir. Onu dəstəkləmək lazımdır. O, komandanı toparlaya bilər. Samir Əliyevin ikinci Qurban Qurbanov olacağına inanıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31