"Qəbələ" Avropa Liqasında növbəti ev oyununu Bakıda keçirəcək
14 İyul 2015 18:10 İdman"Qəbələ"nin Serbiyanın "Çukariçki" komandası ilə Avropa Liqasının II təsnifat mərhələsindəki ev oyunu böyük ehtimalla Bakıda keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə qol.az-a klubun meneceri Səməd Nəsibov məlumat verib. Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin cəzalar tətbiq edəcəyi gözlənilir. Bu cəzalardan biri də "Qəbələ"nin ev oyunu ilə bağlıdır. Klub rəsmisi qeyd edib ki, UEFA Qəbələ şəhər stadionun cəzalanıb-cəzalanmayacağı ilə bağlı qərarı bu gün "Qəbələ"yə bildirəcək. O, eyni zamanda qeyd edib ki, görüş böyük ehtimalla Bakıda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31