İdmançılar və məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib

İyulun 14-də SOCAR-ın Baş ofisində "Bakı 2015" birinci Avropa Oyunlarında yüksək nailiyyətlər qazanmış "Neftçi İdman Klubu" idmançıları və onların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bugünkü görüşün əlamətdar bir günə təsadüf etdiyini bildirib, Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibəti ilə mərasim iştirakçılarını təbrik edib. SOCAR prezidenti bildirib ki, "Neftçi İdman Klubu" "Bakı 2015" Birinci Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunmuş, 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Sonda "Bakı 2015" birinci Avropa Oyunlarında yüksək nailiyyətlər qazanmış "Neftçi İdman Klubu" idmançıları və onların məşqçilərinə SOCAR-ın qiymətli hədiyyələri və pul mükafatları verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31