"Çelsi" yeni transferi Radamel Falkanonun növbəti mövsümdə geyinəcəyi forma nömrəsi müəyyənləşib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, kolumbiyalı hücumçu London təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, müqavilə ilə "Monako"ya məxsus olan R.Falkao yeni mövsümdən icarə əsasında "Çelsi"də oynayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31