"Messi heç kəsi öldürməyib" – Maradona

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yığmanın oyunçusu Lionel Messi haqda danışıb. Qol.Az-ın məlumatına görə, Maradona "Ole"yə açıqlamasında Argentina millisində qol vuran bilmədiyi üçün tənqid olunan Messiyə sahib çıxıb: "Argentina yığmasında dünya səviyyəli futbolçular var. Messi də onlardan biridir. O, "Real Sosyedad"la görüşdə 4 qol vurdu. Ancaq yığmada qol vurmaq üçün əlindən gələni etsə də, bunu bacarmır. Messi heç kəsi öldürməyib. Yanğının üzərinə benzin tökmək lazım deyil. Düşünürəm ki, milli komandada ona da digər futbolçular kimi yanaşılmalıdır".

Qeyd edək ki, Messi Amerika kubokunda yalnız Paraqvayla qrup mərhələsinin oyununda (2:2) bir qol vurmağı bacarıb. Onun komandası isə finalda Çiliyə penaltilər seriyasında məğlub olub - 1:4. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31