"Çelsi" Peter Çexə əvəzləyici tapdı

"Çelsi" klubu "Arsenal"a transfer olunan Peter Çexə əvəzləyici tapıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi "Stok Siti"dən Asmir Beqoviçi transfer edib. 28 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Bosniya və Hersoqovina millisinin üzvü "Çelsi"də 1 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2010-2015-ci illərdə "Stok Siti"nin şərəfini qoruyan Beqoviç komandanın heyətində 171 oyun keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31