"Hafnarfyordur" - "İnter" matçına hakim təyinatları

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək  "Hafnarfyordur" - "İnter" (Azərbaycan) ilk oyunu üçün hakim təyinatları açıqlanıb. Qol.Az-ın UEFA-nın saytına  istinadən yaydığı xəbərə görə, matçı isveçli Mixael Lerjeus   idarə edəcək. Ona  Daniel Qustavsson və Maqnus Syöblom köməklik edəcək. Dördüncü hakim funksiyasını Kristofer Karlsson  yerinə yetirəcək.

Qeyd edək ki, "Hafnarfyordur" - "İnter" qarşılaşması iyulun 16-ı Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31