"Çukariçki" - "Qəbələ": hakimlər müəyyənləşdi

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Çukariçki" - "Qəbələ" matçının hakimləri müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Serbiyada keçiriləcək oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Radu Petresku olacaq. Ona həmyerliləri Ovidiu Arten və Vladimir Urzika köməklik edəcək. Marsel Birsan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 16-da Serbiyada keçiriləcək "Çukariçki" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31