"Zirə"dən daha bir transfer

"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünəndən etibarən komandaya qoşulan Ruslan Poladovla bu gün bir illik müqavilə imzalanıb. Müdafiəçi ötən gün 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığması ilə yoxlama oyununda da forma geyinib.

Xatırladaq ki, qarşılaşma "Zirə"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31