Bakıda birinci Avropa Oyunlarına həsr edilən parad və konsert keçirildi
13 İyul 2015 10:17 İdmanBu gün Bakıda I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirin birinci hissəsində Azərbaycan milli yığmasının idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə "Bakı 2015" paradı baş tutub.
"Tarix yazdıq! Tarixə yazıldıq!" şüarı altında keçirilən parad Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda "Saat qülləsi"nin yanında yekunlaşıb.
Tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi və "Bakı 2015"Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).
Parad xüsusi konsert proqramı ilə davam edib. Konsert proqramı "Saat qülləsi"nin yanında estrada ulduzlarının iştirakı ilə davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31