Avropa Liqası: "Neftçi" son məqamda qələbəni əldən verdi
10 İyul 2015 12:21 İdmanUEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" səfərdə Monteneqronun "Mladost" klubu ilə qarşılaşıb. Trend-in məlumatına görə, Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə bərabərə qaldığından təmsilçimizi qələbə və ya daha məhsuldar heç-heçə qane edirdi. Meydan sahiblərindən xeyli üstün, baxımlı və əzmkar oyun nümayiş etdirən futbolçularımız məqsədlərinə 71-ci dəqiqədə çatıblar - "Neftçi"nin kapitanı Araz Abdullayev hesabı açıb. 85-ci dəqiqədə Nicat Qurbanovun qoluna dirək mane olub. "Neftçi" əldən verdiyi çoxsaylı qol epizodlarından yararlanmamaqla özünü cəzalandırıb. Əsas vaxta artırılan dəqiqələrdə monteneqro futbolçuları bərabərliyi təmin ediblər - 1:1.
Beləliklə, "Neftçi" elə ilk mərhələdəcə mübarizəni dayandırıb.