Nigeriya yığmasında yeni baş məşqçi

Nigeriya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, Afrika təmsilçisini Sandi Oliseh çalışdıracaq. Nigeriya Futbol Federasiyasından verilən açıqlamada Olisehlə razılıq əldə olunduğu və yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilib. Lakin müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, aprel ayında üçüncü dəfə Nigeriya millisinin baş məşqçi vəzifəsinə gətirilən Stefen Keşi ötən həftə komandadan kənarlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31