Blatterdən qəti QƏRAR: “Yenidən seçilsəm də FİFA-nın rəhbəri postundan gedəcəyəm”
9 İyul 2015 18:02 İdmanFİFA-nın prezidenti Yozef Blatter bəyan edib ki, əgər təşkilatın konqresi onun qalmasını xahiş etsə belə, öz postunu tərk edəcək. "Mən seçkilərdən sonra öz postumda qalmayacağam. Əgər hətta FİFA-nın konqresi xahiş etsə belə, yenə istefaya gedəcəyəm", Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 79 yaşlı isveçrəli deyib. Xatırladaq ki, Blatter FİFA-nın mayın 29-da keçirilən konqresində növbəti dəfə seçilib. Ancaq 4 gün sonra korrupsiya qalmaqalı fonunda istefaya getdiyini bəyan edib. FİFA-nın yeni prezidentinin seçkilərinin tarixini müəyyənləşdirəcək təşkilatın icraiyyə komitəsinin növbəti iclası iyulun 20-də Sürixdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31