Stolüstü tennis üzrə Avropa birinciliyi keçiriləcək
9 İyul 2015 17:18 İdmanİyulun 10-dan 19-dək Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa birinciliyinə start veriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Zaur Mikayılov , Könül Mikayılova və Fərhad İsmayılov sözügedən yarışda hakim qismində iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31