Qadın güləşçilərimiz reytinq cədvəlində öndədir

Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, qadın güləşçilərin reytinq sıralamasında 8 güləşçimizin adı var. Ötən ay Bakıda keçirilmiş ilk Avropa Oyunlarında parlaq qələbələr qazanmaqla qızıl medala sahib olan Mariya Stadnik reytinqdəki mövqeyini yenidən möhkəmlədib. Güləşçimiz siyahıda 2-ci yerdədir. Avropa Oyunlarının bürünc medalçısı Nataliya Sinişin 55 kq çəki dərəcəsində üçüncü pilləyə yüksəlib. Bundan əvvəlki ayın reytinq siyahısında adı olmayan Anjela Doroqan Avropa Oyunlarında qazandığı qızıl medalın hesabına birbaşa olaraq reytinqin 9-cu pilləsində yer alıb. U-23 Avropa çempionatının qalibi Alyona Kolesnik isə, bir pillə irəliləyərək 4-cü yerə yüksəlib. Güləşçilərimizdən yalnız Yuliya Ratkeviçin mövqeyində geriləmə qeyd edilib və o, 9-cu pillədə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31