"Xəzər Lənkəran"ın oyunu təxirə salındı

Türkiyənin Kapadokya bölgəsində təlim məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün ilk yoxlama oyununu keçirməli idi. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisinin Türkiyənin "Kayseri Ərciyəsspor" klubunun A2 komandası ilə görüşü baş tutmayacaq. Türkiyə klubunun xahişinə əsasən bu qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Səbəb isə Kayseri təmsilçisinin heyətində bir sıra futbolçunun zədələnməsidir.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın növbəti yoxlama görüşü iyulun 11-nə nəzərdə tutulub. Rəqibin kimliyi hələlik müəyyənləşməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31