İdmançılarımız Açıq Gürcüstan Çempionatında bürünc medala sahib olublar
8 İyul 2015 17:56 İdmanAzərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançıları 24-30 iyun 2015-ci il tarixlərində Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində keçirilən Açıq Gürcüstan Çempionatında iştirak edib. İdman dırmanmasının sürət növü üzrə estafet yarışında Azərbaycan idmançıları fəxri kürsünün 3-cü pilləsinə layiq görülüb. Qaliblərə Gürcüstan Milli Dağçılıq Federasiyasının kubok və medalları təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31