"Zirə"də yeni məşqçi

"Zirə" klubu yeni mövsümə hazırlığı davam etdirir. Əsas komanda ilə yanaşı aşağı yaş qrupları üzrə komandalar da diqqət mərkəzindədir. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  U-19-dan sonra U-17 komandasının də baş məşqçisi ilə müqavilə imzalanıb. Ramin Həbibov "Zirə"nin 17 yaşa qədər futbolçulardan ibarət komandasının baş məşqçisi olub. Onunla bir illik müqavilə bağlanıb.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31