"Milan"ın futbolçusu rəsmən "Sevilya"da
7 İyul 2015 19:45 İdman"Sevilya" "Milan"ın müdafiəçisi Adil Raminin transferini rəsmiləşdirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransız futbolçu ilə 4 illik müqavilə imzalanıb. Tibbi müayinədən uğurla keçən 29 yaşlı futbolçunun bu gün rəsmi təqdimat mərasimi olacaq.
Qeyd edək ki, 2014-cü ildə "Valensiya"dan "Milan"a transfer olunan Rami İtaliya təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 4 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31